Marsel "Olimpik"i yarımmüdafiəçisi Jerson və müdafiəçi İsaak Tureylə yollarını ayırıb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Jerson Braziliya "Flamenqo"suna satılıb.
 
Fransa klubu bu keçiddən 15 milyon avro qazanıb. 25 yaşlı yarımmüdafiəçi köhnə-yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
 
"Fluminense"nin yetirməsi olan Jerson 2019-2021-ci illər aralığında da "Flamenqo"da çıxış edib. İtaliyada "Roma" və "Fiorentina"nın da formasını geyinmiş futbolçu, 2021-ci ildən "Olimpik"inin uğurları üçün çalışırdı.
 
İsaak Ture isə "Oser"ə icarəyə verilib. 19 yaşlı olan mərkəz müdafiəçisi bu mövsümün sonuna kimi icarədə oynayacaq. "Havr"ın yetirməsi olan İsaak, 2022-ci ilin iyunundan Marsel "Olimpik"ində çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest