"Hər halda, bizə uyğundur. Uzun müddət izləmişik"

"Artıq zədəli futbolçular qayıdıb, komandaya yeni oyunçular cəlb olunurlar. İki gün əvvəl hücumçu axtarışında idik və o, artıq bizə qoşulub". Matc.az xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov.

Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində "MTK Budapeşt" (Macarıstan) üzərində 1:0 hesablı qələbə qazanan Gəncə təmsilçisinin çalışdırıcısı bildirib ki, heyətə cəlb edilən yeni transferlə müqavilənin şərtlərində razılaşma əldə olunub: "Amma bəzi şeylər var ki, mənim üçün həyəcan təbili çalır".


"Kəpəz", Antalya sənin harana yaraşır?


Əhmədov mövsümün ilk hissəsində buraxdıqları səhvləri təkrarlamamaq üçün çox işlədiklərini söyləyib: "Qalib gəldiyimiz oyunlar olurdu ki, son dəqiqələrdə konsentrasiyanı, topa nəzarəti itirirdik. Bunun üzərində çox çalışırıq. 2 yerli futbolçu transfer etmişik: Abdulla Rzayev və İdris İnqilablı. Yeni gələn braziliyalı Junior da yaxşı hücumçudur. Onların komandaya uyğunlaşması məsələləri var idi. Biz çalışırdıq ki, ümumiyyətlə, komanda komplektləşsin. çempionatda bəlkə də 20-dən çox xalımız olmalı idi. Buraxdığımız səhvlərə görə olmadı. Biz də bunun üzərində işləyirik ki, çempionatın 2-ci hissəsində həmin səhvlər baş verməsin. 

Mən çox vaxt baxışa futbolçu çağırmıram. çünki bu, həm zaman itkisidir, həm də futbolçu bəzən peşəkar cəhətdən deyir ki, oyunda zədə ala bilərəm. Ona görə də biz futbolçunu uzun müddət seçirik, son oyunlarına baxırıq. Ona görə də baxışda futbolçu yoxdur. Gələnlərin hamısı da müqavilə şərtləri ilə gələn oyunçulardır. Abdulla Rzayev U-21 millimizin əsas üzvüdür. İdris İnqilablı da artıq peşəkar futbolda bir balaca öz sözünü demiş futbolçudur. Junior braziliyalıdır. Hər halda, bizə uyğundur. Uzun müddət izləmişik".

Turan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest