"Fikrimcə, seçmə mərhələdə uğurlu nəticələr qazana bilərik. Mən də həmçinin qarşıdakı matçlarda yığmaya qayıtmaq istəyirəm"

Avstriya millisinin yarımmüdafiəçisi Patrik Vimmer komandasının AVRO-2024-ün seçmə mərhələsindəki şanslarını dəyərləndirib. Matc.az xəbər verir ki, Almaniyanın "Volfsburq" klubunda çıxış edən 22 yaşlı futbolçu yer aldıqları F qrupunda uğurlu çıxış edəcəklərinə inanır.
 
Sonuncu dəfə ötən ilin iyununda yığmaya çağırılan Vimmer seçmə mərhələnin Azərbaycanla ilk görüşündə yenidən heyətdə yer almaq arzusundadı: "Ralf Ranqnik çox yaxşı baş məşqçidi. O, heyətdə olan imkanlarla uğurlu iş ortaya qoya bilər. Komandamız hələ çox şeyə qadirdi. Fikrimcə, seçmə mərhələdə uğurlu nəticələr qazana bilərik. Mən də həmçinin qarşıdakı matçlarda yığmaya qayıtmaq istəyirəm. ümid edirəm ki, martda Azərbaycan və Estoniya ilə keçiriləcək oyunların heyətində yer alacağam".
 
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də baş tutacaq.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest