Azərbaycan millisinin rəqibi Belçika yığmasının baş məşqçi postuna daha bir namizəd müəyyənləşib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis Yoaxim Lövün bu vəzifəyə gətirilməsi gündəmə gəlib.
 
Belçika Futbol Assosiasiyası Almaniya yığmasından ayrıldıqdan bəri işsiz qalan 63 yaşlı çalışdırıcı ilə danışıqlara başlayıb. Löv özü də yerli mətbuata açıqlamasında bu variantı istisna etməyib. O, Belçika yığmasını çalışdırmağın əleyhinə olmadığını da deyib.
 
Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Yığmamız bu rəqiblə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest