İngiltərənin "Everton" komandasının yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Şon Dayça tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dayç bu vəzifədə Frenk Lempardı əvəzləyib. 52 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin yayınadək nəzərdə tutulub.
 
Şon Dayç daha əvvəl ölkəsinin "Uotford" və "Bernli" komandalarına da rəhbərlik edib. Onun yeni komandası hazırda Premyer Liqada 15 xalla 19-cudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest