AVRO-2024-ün seçmə mərhələsinin F qrupu çərçivəsində keçiriləcək İsveç – Azərbaycan matçının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə İsveç Futbol Assosiasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Bildirilib ki, martın 27-də baş tutacaq 2-ci tur oyununa biletlərin qiyməti sektordan asılı olaraq 150-300 kron (təxminən 25-50 manat), xüsusi assosiasiya biletləri isə 75 krondu (təxminən 12 manat).
 
Qeyd edək ki, İsveç – Azərbaycan görüşü Stokholmdakı "Friends Arena"da keçiriləcək. Bundan üç gün əvvəl isə millimiz Linzdə Avstriyanın qonağı olacaq.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest