Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya ilə qarşılaşacaq Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib. Yığmamız martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya ilə qarşılaşacaq Azərbaycan millisinin hazırlıq planı müəyyənləşib. Matc.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.
Komanda ayın 19-dək Mərdəkan qəsəbəsində, "Dalğa Arena"nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də "Bakcell Arena"da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.
Millinin qeyd olunan toplanışlar və oyunlar üçün heyəti gələn həftə açıqlanacaq.