Kvabena Ovusunun "Ferensvaroş"a transferindən "Qarabağ"ın qazandığı məbləğ müəyyənləşib. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, qanalı forvard Macarıstan təmsilçisinə 300 min avroya başa gəlib.
 
26 yaşlı forvardın Azərbaycan çempionu ilə müqaviləsi mövsümün sonuna qədər olduğundan, "Ferensvaroş" rəhbərliyi onun qışda keçidi üçün qarşı tərəfə məhz bu məbəği ödəyib. Maraqlıdı ki, "Qarabağ"ın 2020-ci ildə Ovusunu "Leqanes"dən məhz 300 min avroya aldığı vurğulanıb.
 
Qeyd edək ki, Kvabena Ovusu "Ferensvaroş"la 2,5 illik müqavilə imzalayıb.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest