Topaz Premyer Liqasının XX turunda keçirilən "Sumqayıt" - "Neftçi" oyununu tribunadan izləyən Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç fasilədə jurnalistlərin suallarını cavablandırıb. Matc.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində həmyerliləri ilə keçirəcəkləri görüş barədə hədəflərindən bəhs edib.

- Azərbaycan komandalarının matçlarını izlədiniz. Sizin fikrinizcə, burda futbolun səviyyəsi necədi?

- Doğrudu, 8-9 oyunu stadiondan canlı izləmişəm.  "Qarabağ", "Neftçi", "Sumqayıt", "Səbail", "Keşlə" və "Zirə"nin oyunlarını izlədim və oyunçular barədə məlumatlar aldım. Turnir cədvəlinə baxanda görmək olar ki, titul uğrunda "Neftçi" və "Qarabağ" mübarizə aparır. Lakin demək olmaz ki, bu, asan yarışdı. çempionatda matçlar heç də asan keçmir. Liderlər qələbə qazanmaq üçün xeyli güc sərf edirlər, bəzən xal itirirlər. Necə ki, dünən "Qarabağ" - "Zirə" ilə oyunda qələbə qazana bilmədi. Bugünkü qarşılaşmanın da ilk hissəsində sonra yaxşı oyunun şahidi oldum, "Neftçi" 3 xal üçün hər şeyini meydanda qoymalıdı.

- Qarşıdakı matçlar üçün yığmanın heyətini nə zaman açıqlayacaqsınız?

- Yəqin ki, qarşıdakı 2-3 gün ərzində millinin heyətini açıqlayacağam. Düşünürəm ki, heyəti seçmək üçün kifayət qədər vaxtım oldu. 2-3 gün ərzində kimlərin çağırılacağını biləcəksiniz.

- Düşünürdük ki, çempionatın növbəti turunu da izlədikdən sonra heyəti açıqlayacaqsınız. çünki ola bilər həmin turda hansısa azərbaycanlı futbolçu dubl və ya het-trik etsin və yığmaya düşmək şansı qazansın...

- Bir matçla futbolçu heyətə cəlb etmək olmaz. Mən oyunları izləmişəm, futbolçular barədə məlumatım var, onların komandalarında göstərdikləri performansları gördüm. Ola bilər ki, hansısa oyunçu bir görüşü yaxşı keçirsin, qol vursun, amma növbəti turda zəif çıxış etsin. Heyətdə 23 futbolçu yer alacaq, onlardan 3-ü qapıçı olacaq.

- Diqqətinizi çəkən futbolçu olubmu? Biz sürpriz ad görə biləcəyikmi?

- Ola bilər ki, bir neçə yeni oyunçu dəvət edək. Amma onların 2 ya 3 olacağını demək çətindi.

- Xorvatiya ilə matçda hədəfiniz nədi?

- Bizim üçün çətin olacaq, amma Xorvatiyaya qarşı yaxşı nəticə qazanmağa çalışacağıq. Qarşımızdakı komanda dünyanın ən güclülərindəndi. 0:0 bizim üçün fantastik nəticə olar. çalışacağıq ki, əlimizdən gələn hər şeyi edib yaxşı nəticə qazanaq.

- Azərbaycanda fanatlar düşünürlər ki, xorvatiyalı olduğunuz üçün rəqib bizə çox qol vurmayacaq. Bu barədə nə deyə bilərsiniz?

- Bu, mənim üçün xüsusi matçdı. Azərbaycan millisinin baş məşqçisi ilk oyunum öz ölkəmdə olacaq. Yaxşı nəticə qazanmaq istəyirəm, oyunun keçiriləcəyi "Maksimir" stadionu mənim Xorvatiyadakı evimdən 1 km aralıdı. Həmçinin bu, mənə əlavə motivasiya verir. Xorvatiya millisinə hörmət edirik, amma dediyim kimi, yaxşı nəticə üçün çalışacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest