"Brozoviçin zədələnməsi bizi çox üzdü. Həftənin ikinci günü onun durumuna aydınlıq gələcək. Bir epizodda sürət yığarkən əzələsində problem yaşadı və mübarizəni davam etdirə bilmədi. Vəziyyətini daha da pisləşdirməmək üçün əvəzləndi". Matc.az saytı xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib.

AVRO-2020-nin seçmə mərhələsində ilk oyunlarını Azərbaycan və Macarıstana qarşı keçirəcək xorvatlarda zədəlilərin sayı gün keçdikcə artır. Son olaraq "İnter"in dünənki çempionat matçında Marselo Brozoviç sıradan çıxıb.

Daliç futbolçularının bu il istirahət etməmələrindən şikayətlənib: "Dünya çempionatında yolumuz uzun oldu, futbolçular istirahət edə bilmədilər. Hamısı dərhal klublarına döndü, orda isə nə durumda olduqlarına baxmırlar, dayanmadan oynadırlar. Hamı bir araya gələndə oyunçuların vəziyyəti ilə tanış olacam. Alternativ siyahıda olan futbolçuları da izləyirik. Vaxtı gələndə hamısı barədə açıqlama verəcəyik. Narahatlığa ehtiyac yoxdu. üzləşdiyimiz bu durumdan uğurla çıxacağımıza inanıram".

Daliç həmçinin köməkçisi İvitsa Oliçin Azərbaycan haqda məlumat toplamaq üçün millimizin sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşdüyünü də sözlərinə əlavə edib: "Peşəkar kadrlarımız bütün gücü ilə çalışmalarını davam etdirir. Oliç Azərbaycan haqda məlumat toplamaq üçün Robert Prosineçki ilə görüşüb. İlk rəqibimiz barədə daha çox məlumata ehtiyacımız var. Bu mövzu üzərində çox çalışmışıq".

Qeyd edək ki, Xorvatiya yığması seçmə mərhələdə ilk oyununu martın 21-də "Maksimir" stadionunda Azərbaycan millisinə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest