11 Mart 2023, 13:54
MPL
Misli Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilmiş "Sabah" - "Sumqayıt" (4:0) oyunu gənc yarımmüdafiəçi Seymur Məmmədov üçün əlamətdar olub
Misli Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilmiş "Sabah" – "Sumqayıt" (4:0) oyunu gənc yarımmüdafiəçi Seymur Məmmədov üçün əlamətdar olub. Matc.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən matçın 90-cı dəqiqəsində Namik Ələskərovun əvəzinə meydana çıxan Məmmədov, cəmi 2 dəqiqə sonra fərqlənib.
Bu, Seymurun "Sabah"ın heyətində vurduğu ilk qoldur. 19 yaşlı futbolçu buna komandada 3-cü rəsmi oyununda nail olub.
Seymur Məmmədov "Sabah" Futbol Akademiyasının yetirməsidir.