10 Sentyabr 2025, 18:07
FUTBOL
Rüfət Əhmədov "Turan Tovuz"dan icarəyə götürülüb.
"Qəbələ" akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən "qırmızı-qaralar"ın formasını geyinəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı sol cinah müdafiəçisisi "Turan Tovuz"dan icarəyə götürülüb. O, mövsümün sonunadək "qırmızı-qaralar"ın uğurları üçün çalışacaq.
Karyerası ərzində "Kəpəz"də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib.
Qeyd edək ki, "Qəbələ" bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.