10 Sentyabr 2025, 20:10
FUTBOL
40 yaşlı polşalı qapıçı Lukaş Fabianski "Vest Hem" ilə yenidən müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qolkiperlə müqavilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, Fabianski 2018-ci ilin yayından etibarən "Vest Hem"də oynayıb. 1 iyul 2025-ci ildə polşalı qapıçının müqaviləsinin müddəti başa çatdıqdan sonra komandanı tərk edib.