AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Xorvatiya yığması daha bir futbolçunun xidmətindən məhrum qala bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, söhbət "İnter"in yarımmüdafiəçisi Marselo Brozoviçdən gedir.

Klubunun heyətində ötən həftəsonu "Spal"la qarşılaşmada zədələnən futbolçunun durumuna bu gün aydınlıq gəlməlidi. Ancaq "İnter" Brozoviçi milliyə buraxmaq istəmir. "Neradzurra" aparıcı oyunçusunun 9 gün sonra keçiriləcək görüşə hazır olmayacağını düşünür və onun riskə atılmasını istəmir. Amma yekun qərar MRT-nin nəticəsindən sonra veriləcək.

Qeyd edək ki, Xorvatiya seçmə mərhələnin ilk oyununda millimizi martın 21-də "Maksimir" stadionunda qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest