"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 27-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 27-ci turunda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:6 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Sumqayıtımızın fəxri, bizim dostumuz İlham Zəkiyev qran-pridə qızıl medal qazanıb. Onu təbrik edirəm. Oyuna gəldikdə isə, bu "Sumqayıt" "Qarabağ"ı məğlub edə bilməz. Reallığı götürsək, bu, bizim gücümüzə görə deyil. Bir baş məşqçi olaraq bunu anlayıram. Rəqibi təbrik edirəm. çempionatın son mərhələsinə giririk. Qarşıda bizi çox vacib matçlar gözləyir. Son iki ağır məğlubiyyətdən sonra hazırlaşmaq üçün vaxtımız var. Kimlərin harada olduğunu çempionatın sonunda görəcəyik. Futbolçular meydana ümidlə çıxırlar. Amma qapıda qol gördükcə özünə, komanda yoldaşına inam itir. Belə məğlubiyyətlərdən sonra təhlilin üzərində dayanmıram. Buraxdığımız qollar bizim gücümüzü göstərir. Söhbət ruhdan, ürəkdən getmir. İki ötürmədən sonra topu itirirsənsə, hansı ürəkdən danışa bilərik? "Sabah" və "Qarabağ"la oynamaq bizim üçün çox çətindir. Meydanda nələrsə etməyə çalışırıq. Bütün komandalarla oynamaq olar. Amma bugünkü "Sumqayıt" üçün bu, çox çətindir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest