15 Mart 2023, 23:02
MPL
"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla bitən matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"Zirə" ilə oyunlar həmişə derbi kimi keçir. Hər top uğrunda sonadək mübarizə gedir. İkinci hissə qol vura bildik. Sonra rəqibin də ayağı açıldı. Oyun bərabər səviyyədə keçdi. Hər iki komanda qalib gələ bilərdi.
Amin Seydiyevə verilən sarı vərəqə doğru idi. Lakin ikinci vərəqə heç də düzgün deyildi. Ona görə mən də səsimi yüksəltməyə məcbur oldum. Buna baxmayaraq, rəqibə iki dəfə sarı vərəqə verilməli idi, amma verilmədi. Amin Seydiyev ikili mübarizələrdə çox yaxşı çıxış edir. Tellur da oyuna qoşulduqdan sonra pis oynamadı. Haqqını vermək lazımdır. Bəxtiyar Həsənalızadənin əli gipsdə idi. O, artıq sıralarımıza qayıdır.
Mən qapıçımı milli komandada görəcəyim üçün çox şadam. "Şamaxı" ilə oyunda səhv etsə də, son oyunlar yaxşı çıxış edir. Bütün hallarda, son qərarı millinin çalışdırıcısı verir.
Hazırda bizim və "Beşiktaş"ın rəhbərliyi arasında danışıqlar gedir. Milli komandalarla bağlı yaranacaq fasilədə oynamayacağıq. Amma həmin müddətdə oynamağı istəyərdik.
"Qarabağ"a heyətlə bağlı kömək lazımdırsa, biz bu barədə Qurban müəllimlə danışa və kömək edə bilərik".