Misli Premyer Liqasında XXVII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Səbail" "Turan Tovuz"u qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Günün digər oyununda "Neftçi" "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu matçda da qalib müəyyənləşməyib.

Xatırladaq ki, ilk oyun günündə "Qarabağ" səfərdə "Sumqayıt"a 6:0, "Sabah" isə "Zirə"yə 2:0 hesabıyla qalib gəlib. Tura sabah keçirilcək "Qəbələ" – "Şamaxı" oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXVII tur
16 mart

"Səbail" – "Turan Tovuz" 1:1
Qol: D.Qomis, 28 - T.Vəlizadə, 45.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Bakı. "ASCO Arena", 16:00.

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 11. Qoba Zakpa, 99. David Qomis, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 27. Emil Martinov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev. 
Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Siyanda Xulu, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.

"Neftçi" – "Kəpəz" 2:2
Qol: E.Mahmudov, 65. E.İsrafilov, 71 – Y.Nəbiyev, 57. S.Sisse, 73.
Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov.
Bakı. "Bakcell Arena", 19:00.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. ömər Buludov, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Kəpəz: 71. Mario Mustapiç, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 21. Martins Junior.
Ehtiyat oyunçular: 68. Orxan Sadıxlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 9. Mate Kvirkviya.
Baş məşqçi: Tərlan Əhmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest