U-23 Avropa çempionatının gümüş medalçısı olan Azərbaycan güləşçisi Xasay Həsənli bu uğuruna münasibət bildirib. Matc.az xəbər verir ki, o, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
 
"Bura çempion olmağa gəlmişdim. çıxışım tam məni qane etmədi. İkinci yeri tutdum. Buna da şükür. 77 kq-da çıxış edənlərin əksəriyyəti müxtəlif yaş qruplarında Avropa və dünya mükafatçılarıdır. Bir-birimizi yaxşı tanıyırıq. İlk 3 görüşdə rahat qələbə qazandım. Finalda səhvlərə yol verdim. Fiziki gücümün rəqibdən zəif olması da rol oynadı. çatışmazlıqların üzərində işləyəcəyəm. Daha sıx qrafiklə hazırlaşıb, fiziki gücümü artırıb, gələcəkdə daha da uğurlu nəticələr qazanmağa çalışacağam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest