Azərbaycan millisinin hücumçusu Mahir Emreli zədəsini sağaldıb. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Bildirilib ki, 26 yaşlı forvard fizioterapevtin rəhbərliyi altında fərdi məşqlərini başa vurub və artıq bərpa prosesini geridə qoyub. Klubun həkimləri onun aprelin 2-də Super Liqanın 27-ci turunda "Umraniyespor"la keçiriləcək səfər oyununda məşqçilər korpusunun ixtiyarında olacağını açıqlayıb.
 
Qeyd edək ki, Mahir Emreli 26-cı turda "Qalatasaray"la oyunda zədələnib. Bu üzdən o, millinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçlə (0:5) oyunlarını buraxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest