"Uzun yol qət edərək oyunumuza baxmağa gələn azarkeşlərimizi təbrik edirəm". Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 28-ci turunda "Turan Tovuz"la keçirilən oyun barədə danışarkən deyib.

"Uzun yol qət edərək oyunumuza baxmağa gələn azarkeşlərimizi təbrik edirəm". Matc.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 28-ci turunda "Turan Tovuz"la keçirilən oyun barədə danışarkən deyib.
 
Təcrübəli mütəxəssis həddən artıq möhkəm komandaya qarşı oynadıqlarını bildirib: "Evdə mübarizəyə böyük önəm verən rəqiblə qarşılaşmaq çətindir. "Turan Tovuz"a qarşı burada oynayan komandalar əziyyət çəkirlər. Düşünürəm ki, bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Rəqib erkən qol vursa da, matçboyu futbolçular nizam-intizamı qorudular. Oyundan qopmadılar, rəqibin son dəqiqələrdəki təzyiqinə qədər öz oyunlarını göstərdilər. "Səbail"lə görüşdə də belə bir şey yaşamışdıq. Artıq son mərhələyə girmişik. Qarşılaşmadan əvvəl bizə 1 xal təklif etsəydilər, o da bizim üçün çörək olardı".
 
O, çərçivədə Aydın Bayramova deyil, İlnur Valievə şans verməsinə də aydınlıq gətirib: "Aydın zədə səbəbindən fasilə dönəmində bizimlə məşq etmədi. Amma İlnuru sırf Aydın zədələndiyi üçün meydana buraxmamışdım. Onu hətta iki matç əvvəl oynatmaq istəyirdik. Aydın həddən artıq yüklənmişdi. Ardıcıl səhvlər onun özünü təzyiq altına salmışdı. Düşündük ki, bəlkə bir az dincəlsin".
 
Samir Abasov oyunda 2 qola imza atan yeni transfer Kamran Əliyevdən də razılıq bildirib: "Kamran kimi oyunçular tez uyğunlaşırlar. çünki dil problemi yaşamırlar. Bəziləri ilə azərbaycanca, bəziləri ilə rusca danışır. Kamran bu gün komandanın yaxşılarından biri idi. Amma bəzi epizodlarda oyundan qopurdu. Düşünmürəm ki, uyğunlaşma dönəmini tam başa vurub. Ona yenə vaxt lazımdır. Hələ tam mən istəyən formada deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest