"Çox hərəkətli, dinamik oyun oldu. Çoxlu qol epizodları var idi". Matc.az saytı xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XXVIII turunda "Neftçi" ilə bərabərə qaldıqları (1:1) oyunla bağlı danışarkən deyib.

"çox hərəkətli, dinamik oyun oldu. çoxlu qol epizodları var idi". Matc.az saytı xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XXVIII turunda "Neftçi" ilə bərabərə qaldıqları (1:1) oyunla bağlı danışarkən deyib.

41 yaşlı çalışdırıcı qarşılaşmanın ardından baş tutan mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: "Hər iki komanda qolu standart vəziyyətdən sonra vurdu. Oyunun gedişatına daha gözəl qollar yaraşırdı. Qələbəyə köklənmişdik, başa düşürdük ki, "Neftçi" üzərində qələbə bizə üstünlük qazandıra bilər. Son matçlarda "Neftçi"yə məğlub olsaq da, oyun planında onlardan geri qalmırdıq. Turnir cədvəlində 4-cü yer uğrunda mübarizədə xal fərqi azalıb. 1 xal da bizim üçün pis nəticə sayılmır".

O, turnir cədvəlinin yüksək pillələrində qərarlaşan komandalarla oyunlarda qələbə qazana bilməmələri barədə özü də düşündüyünü söyləyib: "Halbuki onlara qarşı oyunlarımız pis alınmayıb. Qış fasiləsindən sonra evdə "Qəbələ" önündə qələbəyə yaxın idi, "Sabah"a uduzduğumuz son görüşü pis keçirmədik. Rəqib iki olmayan vəziyyətdən qol vurdu. "Qarabağ"la evdəki matçı çox yaxşı keçirdik, sonda avtoqolla uduzduq. "Neftçi"yə səfərdə 0:1 məğlub olanda qələbəyə çox yaxın idik. Oyun planında yox, nəticə baxımından problem yaşadıq. Bu gün 70-ci dəqiqədə, bəlkə də, hesab 4:1 ola bilərdi. Amma ələ düşən fürsətlərdən istifadə edə bilmədik. Brkiçin də ustalığını qeyd etmək lazımdı. O, xüsusən də, bizimlə matçlarda böyük ustalıq göstərir. Həm çempionatda, həm də kubokda həlledici seyvləri olub. Hesablasaq, 10-12 seyvini sayarıq. Bunların hamısını normal qarşılayıram. Bu gün də oyunumuzdan çox razı qaldım. Nədənsə, bu mövsüm əksər futbolçular debüt qollarını bizimlə görüşdə vururlar. İllərlə qol vurmayanlar bizimlə matçda fərqlənir. Stankoviç, Qomes kimi adları qeyd edə bilərəm. Bu gün də Lebon fantastik qol vurdu. Hər dəfə özümə söz verirəm ki, danışmayacağam. Amma mövzu açılır, danışırıq. Səbr etməliyik".

Sadıqov millinin məşqçisi Arif Əsədovun futbolçuların fiziki hazırlığından narazı qalmasına da münasibət bildirib: "Futbolçularımın fiziki durumundan razıyam. ümumiyyətlə, millidə fiziki cəhətdən hansısa sıxıntı görünmür. Bu məsələlər 96-97-ci illərdə qaldı. 60-70 dəqiqə gücümüz çatma məsələsi bitib. "Qarabağ" bütün Avropanı 90 dəqiqə fiziki cəhətdən üstələyir. Bu söhbətlər qurtardı. Keçmişdən qalan xırda söhbətlərdi, atmacalardı, bəhanələrdir. Buraxılan qolların fiziki hazırlıqla nə əlaqəsi var. Bəli, rəqiblər həmişə bizi üstələyib. Amma ilk hissələrdə komandamız rəqibləri açıq-aşkar üstələyirdi, istər dinamikada, istər sürətdə. İkinci hissədə bu tip rəqiblər həmişə təzyiqi artırır. Ardıcıl qələbə seriyası olanda heç kim demirdi ki, bunda klubların da əməyi var. Arif müəllim də savadlı, futbolu bilən adamdır".

Gənc çalışdırıcı yığmanın çox yaxşı heyətə malik olduğu qənaətindədir: "Milli uduzandan sonra heç vaxt geniş şərh verməmişəm. Heyət baxımından son illərin beynəlxalq arenada oynamaq üçün ən optimal heyətidir. İtkilərimiz olduqda qapıçı və stopper zonasında müəyyən problemlər yaşayırıq. Əslində, qapıçılarımız da yaxşıdır. Sadəcə, beynəlxalq arenada təcrübələri yoxdur. Qapıçı ustalığı baxımından da problem yaşamırıq. Sadəcə, o oyunların gərginliyi, stressi bəs edir".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest