"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 28-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 28-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Yaxşı, maraqlı və dinamik oyunun şahidi olduq. Hər iki komanda açıq futbol nümayiş etdirirdi. Komandam layiqli mübarizə apardı və meydanda qələbə üçün hər şey etdi. Rəqib təzyiq göstərəndən sonra müdafiədə boşluq yarandı və qələbəni əldən verdik. Bu oyunu udub "Zirə"ni keçmək kimi bir anlayış yox idi. Komanda sadəcə, qələbə qazanmaq istəyirdi. İnanıram ki, sona kimi mübarizədən qopmayacağıq.
 
"Qəbələ" 90 dəqiqə ritmi saxlayan komandalardandır. Təəssüf ki, bizim komandadan millidə oyunçu yoxdur. Düşünürəm ki, millinin uğursuzluğu fiziki durumla bağlı deyil. Buraxdığımız qollar fərdi səhvlərdəndir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest