"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 30-cu turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 30-cu turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Derbi oyununda elə olur ki, bəzən yaxşı oyuna üstünlük vermirsən. Bu görüşdə futbolçulardan sırf nəticə tələb etmişdim. Onlarda təzyiq, həyəcan hiss olunurdu. Bu da təbii, başadüşülən məsələdir. Komanda oyunu evdə yox, Qəbələdə oynayırdı. Mümkün qədər uğurlu çıxış etməyə səy göstərdik. Futbolçulara göstərdikləri futbola görə təşəkkür edirəm. Ağır oyun oldu. Matçdan sonrakı insident də derbiyə xas olan bir şey idi. Rəqibin də qol vurmaq üçün epizodları oldu. Sadəcə olaraq xoşbəxtlik biz tərəfdə idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest