"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 30-cu turunda doğma meydanda "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Sumqayıt"la oyunlarımız həmişə maraqlı keçib. Şəxsi görüşlərdə bərabərlik idi. Artıq dördüncü dövrədir, komandalar bir-birini daha yaxşı tanıyır. Futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirdilər. "Sumqayıt"a uğurlar arzu edirəm. Biz hər oyuna qələbə üçün çıxırıq. Futbolçularımız bu gün də əzmkarlıq göstərdilər. Bəzən qələbə qazanmaq alınmır.
 
çempionat başlamamışdan bilirdik ki, bir klub elitanı tərk edəcək. Amma çox istəyərdim heç bir komanda Premyer Liqanı tərk etməsin. Bütün komandalar yaxşı işlər görür. Biz özümüz sona kimi mübarizə aparacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest