Tovuzluların qapıçısı Kamal Bayramov görüş bitdikdən sonra rəqib futbolçuları təhqir etdiyindən, 3 oyunluq diskvalifikasiya olunub, klubuna 1600 manat ziyan vurub.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az saytı xəbər verir ki, komitə, xüsusən də, "Kəpəz" – "Turan Tovuz" oyununda baş verən nüqativ hallarla bağlı qərarlar verib.

Tovuzluların qapıçısı Kamal Bayramov görüş bitdikdən sonra rəqib futbolçuları təhqir etdiyindən, 3 oyunluq diskvalifikasiya olunub, klubuna 1600 manat ziyan vurub.
 
Qərb klubunun müdafiəçisi Tərlan Quliyev isə qarşılaşmanın ardından təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Bu, onun qarşıdakı iki oyunu buraxmasına səbəb olub. Həmçunin klub 1600 manat cəriməyə məruz qalıb.

Görüşdə rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün qırmızı vərəqə alan "Turan Tovuz"un yarımmüdafiəçisi Piruzi Marakvelidzenin cəzası ilə 1 matç olub. Həmçinin, klub 200 manat cərimələnib.

Qonaq komandanın futbolçularının isinmə hərəkətləri zamanı tələbləri pozmaları isə daha 200 manatlıq cəriməyə yol açıb.

Görüşdə 4 oyunçusu sarı vərəq alan "Kəpəz" isə 800 manat cərimə ilə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest