"Demək olar ki, bütün oyunları səfərdə keçiririk. Gah Qəbələdə, gah Şamaxıda, gah Bakıda oluruq. Bu da fiziki problemlərə yol açır". Matc.az saytı xəbər verir ki, bu sözlər "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədova məxsusdu.

"Demək olar ki, bütün oyunları səfərdə keçiririk. Gah Qəbələdə, gah Şamaxıda, gah Bakıda oluruq. Bu da fiziki problemlərə yol açır". Matc.az saytı xəbər verir ki, bu sözlər "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədova məxsusdu.

O, Misli Premyer Liqasının XXXI turunda "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri görüşlə bağlı fikirlərini bölüşüb: "Şamaxı" evdə daha aqressiv oynayır. "Qarabağ"ın buradakı matçını da izləmişik. "Şamaxı"nın gənc oyunçuları çox istəklidilər. Məğlub olmamağa çalışırdıq".

Əhmədov məqsədlərinin Premyer Liqada qalmaq olduğunu bir daha xatırladıb: "İndi 6-cı yeri tutmaq şansımız var, deyirlər ki, bu mövqeni tutmalısınız. Komandada yorğunluq var idi. Şamaxı yüksəklikdə yerləşdiyindən, hava çatışmazlığı olurdu. Bu gün hiss elədim ki, komanda yorğunluq fonunda oyunun son dəqiqələrini yola verirdi. Premyer Liqada qalmaq baxımından səfərdə qazanılan 1 xal çox önəmli idi. Qol buraxsaq da, mübarizəni davam etdirib, bərabərlik topunu vurduq".
 
Baş məşqçi bunun özü üçün ən ağır görüş olduğunu söyləyib: "Kəpəz"i bu səviyyyə gətirənə qədər həddən artıq çox enerji itirdim. Ən yorğun olduğum oyun idi. Bir az istirahətə ehtiyacımız var. Bütün oyunlarımızın səfərdə olması da bizə əlavə problem yaradır. İstənilən halda 1:1 ən ideal nəticədi".

Əhmədov bir neçə tur əvvəl azarkeşlərin onu istefaya səsləməsinə də münasibət bildirib: "İstefa" qışqırmaq təbii haldı. Mən bura gələndə yeni komanda idi. Kollektiv tədricən formalaşandan, istədiyim səviyyəyə çatandan sonra stabil və uğurlu çıxış edəcəyik. "Kəpəz"ə mən özüm də sonradan gəlmişəm. Hər şeyi birdən-birə dəyişmək olmur. Komandanı formalaşdırmaq, bir nöqtəyə gətirmək zaman tələb edir. Marafon uzundu. Sonra başa düşdüm ki, istəyən də var, istəməyən də. çox reaksiya vermədim. "Turan Tovuz"a uduzduğumuz oyundan sonra demişdim ki, Premyer Liqada qaldıqdan sonra bəlkə istefa verdim. Təzyiqlər çox idi, bu da işimizə maneçilik törədirdi. Yaşar Vahabzadənin kollektivinə cəmi 4-5 oyunçu cəlb etmişəm. Ona da təşəkkür edirəm ki, belə bir komanda qurub. Həyatdı, Yaşar müəllim qalmadı, bu yükü biz götürməli olduq. Bizi istəyənlər və istəməyənlər var idi. Artıq onlar arasında vəhdət yaranıb. Başa düşmək lazımdı ki, nə vaxtsa Tərlan da gedəcək. Bu gün biz varıqsa, dəstək olsunlar, komandanı elitada saxlayaq. Ondan sonra qalıb-qalmamağa baxacağıq. Yaşadığım o vəziyyətləri bir daha yaşamaq istəmirəm. 5 oyunu yaxşı keçirirsən, bir matçda zəif olan kimi söz-söhbət olur".

52 yaşlı məşqçi "Kəpəz"də qalacağı təqdirdə şərtlərini irəli sürəcəyini vurğulayıb: "Kəpəz"də qalsam belə, çalışacağam ki, növbəti mövsüm komandanı mükafatçılar sırasına yüksəldim. Əgər mən dediyim şərtlər olsa, burada qalmaq məsələsinə baxmaq olar. Ən əsas şərt komandanın bazasının hazır olmasıdı. Ən azı kollektiv oteldə məskunlaşmalıdır. Yavaş-yavaş yox, sürətli inkişaf istəyirəm. Həmçinin maliyyə də olmalıdı ki, futbolçular bu baxımdan problem yaşamasınlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest