"Qarabağ"ın Misli Premyer Liqasında daha bir oyununun vaxtı dəyişdirilib.
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam təmsilçisi XXXIII turda "Qəbələ" ilə oyunu öncədən nəzərdə tutulduğu kimi, aprelin 6-da keçirməyəcək.
 
XXXII turun "Neftçi" – "Qarabağ" görüşü aprelin 30-dan mayın 2-nə təxirə salındığından, ağdamlıların bir tur sonra "Qəbələ" ilə ev qarşılaşmasının mayın 8-də oynanılması qərara alınıb.
 
"Azersun Arena"da baş tutacaq "Qarabağ" - "Qəbələ" oyunu saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest