Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunlarını 12600 tamaşaçı izləyib. Matc.az xəbər verir ki, "Neftçi" və "Turan Tovuz"un hər iki matçında eyni sayda – 5000 seyrçi olub.

"Səbail"lə "Qəbələ"nin duellərində də iki dəfə eyni rəqəm qeydə alınıb – 1300 izləyici.

Yarımfinal matçlarında ümumi tamaşaçı sayı son 10 mövsümün mütləq rekordudur. Daha çox azarkeşə sonuncu dəfə 2012/13 mövsümünə təsadüf edib. Həmin vaxt bu raundun dörd görüşündə 16420 tamaşaçı olub. Bunun 10000 nəfəri bir qarşılaşmaya - "Xəzər Lənkəran" – "Bakı" duelinə şahidlik edib.
2008-ci ildən PFL bayrağı altında keçirilən kubokun yarımfinalları üçün ən yüksək tamaşaçı sayı 2010/11 mövsümünə məxsusdur. Həmin vaxt 4 qarşılaşmanı 21400 seyrçi izləyib.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən 2019/20 mövsümündə yarımfinal baş tutmayıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib.

Son 15 mövsümün yarımfinalında tamaçaçı sayı:
2008/09 - 4500
2009/10 - 15400
2010/11 - 21400
2011/12 - 6000
2012/13 - 16420
2013/14 - 9000
2014/15 - 7400
2015/16 - 12316
2016/17 - 9600
2017/18 - 10900
2018/19 - 5900
2019/20 - -
2020/21 - -
2021/22 - 4700
2022/23 - 12600

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest