AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin martın 21-də Xorvatiya ilə keçirəcəyi oyuna təyinat alan Georgi Kabakov futbolumuz üçün yad sima deyil. Bolqarıstanlı referinin yolu bir dəfə Azərbaycan təmsilçisi ilə kəsişib.

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin martın 21-də Xorvatiya ilə keçirəcəyi oyuna təyinat alan Georgi Kabakov futbolumuz üçün yad sima deyil. Matc.az saytının məlumatına görə, bolqarıstanlı referinin yolu bir dəfə Azərbaycan təmsilçisi ilə kəsişib.

2013-cü ildən FİFA referisi adını daşıyan Kabakov 2015-16 mövsümündə "Qarabağ"ın oyununda ədalət təmsilçisi olub. Belə ki, o, Azərbaycan çempionunun çempionlar Liqasının II təsnifat mərhələsində "Rudar"la səfər görüşünü idarə edib. Reynaldonun 57-ci dəqiqədə vurduğu yeganə qol Ağdam təmsilçisinə 1:0 hesablı qələbə qazandırıb. Qarşılaşmada 3 dəfə əlini cibinə atan 33 yaşlı hakim hər üç halda monteneqrolulara sarı vərəqə göstərib.

Hazırda yığmanın heyətində Xorvatiya ilə oyunu gözləyən 4 futbolçu - Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda və Bədavi Hüseynov həmin oyunun iştirakçısı olub.

ümumiyyətlə, Georgi Kabakov 2013-cü ildən bəri beynəlxalq arenada 44 matçda fit çalıb. Bu qarşılaşmalarda 216 sarı, 13 qırmızı vərəqədən istifadə edən bolqarıstanlı 8 dəfə də penalti nöqtəsini göstərib.

UEFA-nın getdikcə daha çox güvənməyə başladığı Kabakov bu mövsüm çempionlar Liqasının qrup mərhələsində "Valensiya" - "Mançester Yunayted" (2:1), həmçinin Avropa Liqasında 6 qarşılaşma idarə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest