AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək Xorvatiya yığması bu gündən toplanışa start verəcək. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda axşam saatlarında ilk məşqinə çıxacaq.

Yerli federasiya ilk məşqə azarkeşləri də dəvət edib. Matçın oynanılacağı "Maksimir" stadionundakı hazırlıqdan sonra futbolçular azarkeşlərlə görüşəcək, onlarla şəkil çəkdirib, avtoqraf verəcəklər. Ancaq sadəcə görüşə bilet alanlar məşqə buraxılacaqlar.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü martın 21-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest