Xorvatiya yığmasının futbolçusu Yosip Brekalo AVRO-2020-nin seçmə mərhələsində martın 21-də Azərbaycanla keçiriləcək oyun öncəsi yerli mətbuata müsahibə verib. Matc.az saytı xəbər verir ki, 21 yaşlı vinger qarşıdakı görüş və millidəki mövqeyi barədə danışıb.

- Millidəki ilk gününüz necə keçdi?

- Əsas yığma gənclər millisindən fərqlidi. Burda fenomen oyunçularla bir yerdə çıxış edirsən. Modriç və Rakitiç kimi futbolçularla məşq etdiyin zaman sənə daha yaxşı hörmət göstərirlər. Komanda yoldaşlarımla ilk görüşdə özümü yaxşı hiss etdim, bizi əla qarşıladılar. ümid edirəm ki, məndən gözlənilən yüksək səviyyədə oyunu meydanda göstərə bilərəm.

- Azərbaycanla oyunda sağ cinah müdafiəçisi kimi oynamağınız gözlənilir. Klubda isə daha çox sol vinger mövqeyində çıxış edirsiniz. Bu seçimə necə baxırsınız?

- Məşqçilər korpusu bu mövqe üçün kimin daha faydalı olduğunu müəyyənləşdirəcək. Hansı mövqedə desələr, oynamağa hazıram. İstənilən tapşırığı yerinə yetirməliyəm. Oyunumun komandaya xeyir verməsi üçün əlimdən gələni edəcəm. Mövqe seçimini biz yox, baş məşqçi edir. Mənim ilk tapşırığım komandaya kömək etməkdi. Hədəfə çatmaqda yardımım olarsa, buna yalnız sevinərəm.

- Sağ cinahda sizdən hərəkətlilik və hücuma dəstək tələb olunacaq. Azərbaycanla müqayisədə Macarıstanın müdafiə mexanizmi daha güclüdü. Nə vaxtsa bu mövqedə oynamısınız?

- Daha dərininə getmək istəmirəm. Baş məşqçi kim hazırdısa, ona şans verəcək. Əlbəttə ki, qarşıdakı iki oyun bir-birindən fərqlidi. Azərbaycanla ev matçının favoritiyik. Meydana mümkün qədər çox hücumameyilli oyunçu ilə çıxmalıyıq. Düzdü, əvvəllər müdafiənin sağında oynamamışam. Bu mövqenin tələbləri də fərqli olur.

- Azərbaycan yığmasını Nikola Yurçeviçin çalışdırması sizin üçün təhdiddimi?

- Azərbaycanın bir müddət baş məşqçisiz qaldığını və yeni mütəxəssis axtarışında olduğunu bilirdim. İlk oyunlarını Xorvatiyaya qarşı keçirəcəkləri üçün biclik etdilər. Baş məşqçiləri bizi daim izləyir, haqqımızda hər şeyi bilir. Ancaq səviyyə baxımından üstünük və əgər öz oyunumuzu göstərsək, problemlə üzləşmərik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest