"Önümüzə yeni əngəllər çıxacaq, maraqlı olacaq. Bilirəm ki, Rusiyadakı kimi mükəmməl alınmaya bilər"

"çətin oyunlar keçəcək. çünki ilk görüşdə bütün komandalar istəkli olur". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının hücumçusu Andrey Kramariç deyib.

28 yaşlı forvard AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Azərbaycan millisinə qarşı keçiriləcək oyunu dəyərləndirib. Kramariç yerli mətbuata müsahibəsində martın 24-də qarşılaşacaqları Macarıstanın daha güclü rəqib olduğunu söyləyib: "Belə matçların asan keçəcəyini düşünmək axmaqlıq olar. Ən yüksək səviyyədə motivasiya olunmaq lazımdı. Sadəcə Balkan düşüncəsi ilə mübarizə aparsaq, başımıza iş açarıq. "Rusiyada dünya ikincisi olduq, asan qalib gələrik" kimi fikirləri bir kənara atmaq lazımdı. Azərbaycana və xüsusən də, Macarıstana ciddi yanaşmalıyıq. Bu matçda son dəqiqəyə qədər mübarizə olacaq".

"Hoffenhaym"ın forvardı yığmamıza xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin gətirilməsinə də münasibət bildirib. O, komandamızdan Zaqrebdə müdafiə futbolu gözləyir: "Qrupumuzdakı bütün komandaların motivasiyası yüksək olacaq. Azərbaycan bizim sevmədiyimiz tərzdə, müdafiədə qapalı futbol göstərəcək. Hədəfə ən qısa müddətdə çatmağın yollarını axtaracağıq. Hər dəfə deyilməsinə baxmayaraq, sonradan problemlər üzə çıxır. önümüzə yeni əngəllər çıxacaq, maraqlı olacaq. Bilirəm ki, Rusiyadakı kimi mükəmməl alınmaya bilər. çətin günlərə biz də hazırıq. Ən yaxşı oyunu ortaya qoymaq üçün "savaşmaq" lazımdı".

Avropa çempionatının seçmə mərhələsi cəmi 8 ay çəkir. Ancaq Kramariç bu müddətin qrupda ilk iki yeri tutmaq üçün yetərli olacağını düşünür: "Qrupda iki komandanın Avropa çempionatına yollanması yaxşı haldı və ümid edirəm ki, faciə baş verməyəcək. Narahatlığa əsas yoxdu, 5 komanda arasında ilk iki yerdə olacağımıza inanıram. Amma onu da deməliyəm ki, pis qrupa düşmüşük. Hər kəs bizim üçün asan olacağını düşünür. Ancaq əmin olun ki, hər matç gərgin keçəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest