19 Mart 2019, 10:12
AVRO-2024
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək Xorvatiya yığması hazırlıqlara start verib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, ilk məşq azarkeşlər üçün açıq olub.
Bu üzdən hazırlıq prosesini xeyli fanat izləyib, futbolçulardan avtoqraf alıb. Məşqin əvvəlində isə komandanın liderləri İvan Rakitiç və Luka Modriçin iştirakı ilə yerli uşaq xəstəxanalarından birinə 700 min kuna (182 min manat) yardım edilib.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək.