Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu səfərdə Xorvatiyaya qarşı keçirəcək. Zaqrebdəki görüşə maraq gözləniləndən aşağı səviyyədədi.

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu səfərdə Xorvatiyaya qarşı keçirəcək. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Zaqrebdəki görüşə maraq gözləniləndən aşağı səviyyədədi.

Belə ki, "Maksimir" stadionunda baş tutacaq qarşılaşma üçün bilet satışı yerli futbol federasiyasının ürəyincə getmir. çünki oyuna cəmi 2 gün vaxt qalsa da, hələlik yalnız 13 min bilet satılıb. "Maksimir" stadionu 35 min azarkeş tutumuna malik olduğundan, yerli KİV görüş zamanı tribunalarda boş yerlərin olacağını proqnozlaşdırır.

Qeyd edək ki, martın 21-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest