İngiltərənin "Sauthempton" klubu baş məşqçisi Ruben Selleslə yollarını ayırmağa qərar verib.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Sözügedən komanda çempionşipə düşdüyü üçün 40 yaşlı mütəxəssisin müqaviləsi yenilənməyəcək.
 
Xatırladaq ki, Ruben Selles 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi kimi çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest