"İnter"in yarımmüdafiəçisi Hakan çalhanoğlunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, türkiyəli futbolçu klubu ilə yeni müqavilə imzalayacaq.
 
çünki tərəflər arasında danışıq artıq müsbət yekunlaşıb. Razılığa əsasən, 29 yaşlı orta sahə oyunçusu İtaliya klubu ilə sözləşməsinin müddətini 2027-ci ilin yayınadək uzadacaq.
 
çalhanoğlu bu mövsüm bütün turnirlərdə 45 oyuna çıxıb, 4 qol vurub, 8 məhsuldar ötürmə verib. O, 2021-ci ildən "İnter"də çıxış edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest