11 Avqust 2026, 14:09
FUTBOL
PSJ "Parma"nın qapıçısı Zion Sudzukinin transferi barədə razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, keçidin məbləği 35 milyon avro təşkil edəcək. Sudzuki PSJ-yə keçdikdən dərhal sonra icarəyə göndəriləcək. Onun üçün əsas namizəd olan Turin "Yuventus"una yollanacağı gözlənilir.
Yaponiya millisinin üzvü 2024-cü ilin yayında Belçikanın "Sent-Trüvden" klubundan 7,5 milyon avro qarşılığında "Parma"ya keçib.
Ötən mövsüm 22 matçda meydana çıxan qolkiper qapısından 30 qol buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avro təşkil edir.












