La Liqaya qayıdan "Rasinq" "Atletik"in qapıçısının transferini elan edib.

Matc.az xəbər verir ki, bu barədə "BilbaoHiria" nəşri məlumat yayıb.

Bildirilir ki, tərəflər 2031-ci il iyunun 30-na qədər müqavilə imzalayıblar. Keçidin məbləği 4,5 milyon avro təşkil edib.

"Rasinq" futbolçunun uğurlarına görə əlavə 2 milyon avro bonus və qapıçını başqa kluba satacağı təqdirdə daha 2 milyon avro ödəyə bilər. "Atletik"in oyunçunu 12 milyon avroya geri almaq hüququ olacaq.

Aqirresabala ötən mövsümü icarə əsasında "Valensiya"da keçirib. O, La Liqada iştirak etdiyi 18 matçda qapısından 30 qol buraxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest