"Qarabağ"da keçirdiyi 6 il ərzində həm texniki, həm taktiki, həm də liderlik keyfiyyətlərini nümayiş etdirib"

Azərbaycanlı gənc futbolçu Kamil Sadıqov yeni mövsümdə Albaniyanın Kavaya şəhərini təmsil edən "KS Besa Kavaya" klubunda top qovacaq. 

Matc.az xəbər verir ki, bu barədə oyunçunun atası Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, Kamil "KS Besa Kavaya"da mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək:

"Kamil futbola 6 yaşında başlayıb. Uşaqlıqdan hiperaktiv olması və futbola olan böyük sevgisi onun məhz bu idman növünü seçməsində əsas rol oynayıb. Futbolda ilk addımlarını "Əlincə"də atıb və burada 6 il ərzində özünü xeyli inkişaf etdirib, müxtəlif turnirlərdə uğurlu çıxışları ilə diqqət çəkib. Daha sonra "Qarabağ"ın məşqçilərinin diqqətini cəlb edən Kamil klubun akademiyasına dəvət olunub. “Qarabağ”da keçirdiyi 6 il ərzində həm texniki, həm taktiki, həm də liderlik keyfiyyətlərini nümayiş etdirib, özünü perspektivli futbolçulardan biri kimi təsdiqləyib, "köhlənlər"in 19 yaşadək oyunçulardan ibarət komandasının kapitanı seçilib". 

Ardından Azərbaycan I Liqasında mübarizə aparan "Difai"də davam etdirən gənc yarımmüdafiəçi buradakı uğurlu oyunu sayəsində Albaniyadan dəvət alıb. 

(Fanat.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest