"Pis şeyləri unutmalı və Macarıstanla matça köklənməliyik. Onlarla səfərdə qarşılaşacağıq. Budapeştdə cəhənnəm kimi atmosfer olacaq. Ümid edirəm ki, rəqib açıq futbol oynayacaq. Belə oyun bizə sərf edir".
"Oyunun belə məcrada alınmasını istəməzdik. Qazanılan 3 xala və vurduğum qola görə çox razıyam. Bu cür də davam edəcəm". Matc.az saytının məlumatına görə, bu sözlər Xorvatiya yığmasının hücumçusu Andrey Kramariçə məxsusdu.
AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirən xorvatlar "Maksimir" stadionunda əzmkar qələbə qazanıblar - 2:1.
Qələbə qolunun müəllifi olan Kramariç minimal hesabla olsa da, qələbə qazanmalarına sevinir: "Söz verdiyimiz qələbəni qazandıq, ancaq bu, asan başa gəlmədi. Fikrimcə, əla futbol oynadıq. Xüsusən də, Petkoviç mükəmməl idi, o, futbol oynamağı bacardığını göstərdi. Bəlkə də, azarkeşlər bizdən daha çox qol istəyirdilər. Ancaq əsas qələbə qazanmaq idi".
28 yaşlı ön xətt oyunçusu martın 24-də Macarıstanla keçiriləcək görüşlə bağlı fikirlərini də bölüşüb: "Pis şeyləri unutmalı və Macarıstanla matça köklənməliyik. Onlarla səfərdə qarşılaşacağıq. Budapeştdə cəhənnəm kimi atmosfer olacaq. ümid edirəm ki, rəqib açıq futbol oynayacaq. Belə oyun bizə sərf edir. Məncə, bu matçdan sonra da 3 xala sevinəcəyik".