"Nəticəyə baxdığınız zaman düşünə bilərsiniz ki, çətin oyun olub. Əslində isə biz daha güclü idik". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının müdafiəçisi Due çaleta-çar deyib.
Dünya çempionatının gümüş mükafatçısının heyətindəki problemlər üzündən AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə dünən keçirilən görüşdə (2:1) meydanda olan 23 yaşlı oyunçu yerli mətbuata açıqlamasında qarşılaşmanı dəyərləndirib.
çaleta-çar yığmamızı da tərifləyib: "Top heç cür qapıya daxil olmaq istəmirdi. Ancaq fasilə ərəfəsində bərabərlik topunu vura bildik. Hesab arasındakı fərq daha böyük ola bilərdi. Lakin Azərbaycan yığması da futbol oynamağı bacarır. Onlar iki əks-hücum etdilər, bunun birində qol vurdular".
"Marsel"in mərkəz müdafiəçisi martın 24-də Macarıstanla keçiriləcək oyun haqda da danışıb: "Macarlar bizimlə duelə hazır olacaq. Onlar qələbə qazanmağa və öz azarkeşləri önündə 3 xal əldə etməyə çalışacaq. Amma biz də Budapeştə qalibiyyət dalınca yollanırıq".