22 Mart 2019, 11:12
AVRO-2024
"Oyun çox sərt keçdi. Hesabda geridə olduğunuz zaman işiniz çətinləşir. Amma bu gün xarakter nümayiş etdirdik". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının yarımmüdafiəçisi Nikola Vlaşiç deyib.
22 yaşlı hücumameyilli futbolçu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən oyunu (2:1) dəyərləndirib. Gənc futbolçu qarşılamada meydana sonradan daxil olmasına da münasibət bildirib: "Ehtiyatda oturmaq məni narahat etmir. ürəyim matçın hər anında meydandakı mübarizə ilə döyünür".
Vlaşiç Macarıstan önünə fərqli sistemdə çıxacaqlarını da sözlərinə əlavə edib: "Macarıstanla qarşılaşma da çətin olacaq. Budəfəki matçla bağlı düşüncələr fərqli olacaq. Hansı futbolçuların daha uyğun olacağını görəcəyik".