"Debüt oyunum olduğu üçün çox həyəcanlı idim. Ümid edirəm ki, bundan sonra da müntəzəm yığmada çıxış edərəm. Öz işimlə qürur duyuram və baş verənlərin heç biri təsadüf deyil. Dünyanın ən yaxşı futbolçusu bir çiyin-çiyinə oynamaqdan yalnız məmnun qala bilərsiniz".
"Xorvatiya millisindəki ilk oyunda geyindiyim forma atama gedəcək". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının hücumçusu Bruno Petkoviç deyib.
İlk dəfə yığmaya çağırılan 25 yaşlı forvard AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən (2:1) görüşdə debüt edib.
"Bolonya"nın üzvü yerli mətbuata açıqlamasında debütü ilə bağlı təəssüratlarını bölüşüb: "Debüt oyunum olduğu üçün çox həyəcanlı idim. ümid edirəm ki, bundan sonra da müntəzəm yığmada çıxış edərəm. öz işimlə qürur duyuram və baş verənlərin heç biri təsadüf deyil. Dünyanın ən yaxşı futbolçusu bir çiyin-çiyinə oynamaqdan yalnız məmnun qala bilərsiniz. İnsanların mənim haqda nə düşündüklərini bilmirəm. Ancaq bu anı gözləyirdim və özümü yığmada təsəvvür edirdim. Komanda yoldaşlarım məni başa düşürdülər. Stadiondakı atmosfer isə məni daha da rahatlatdı. Belə böyük komandanın bir hissəsi olmaq çox sevindiricidi. Tribunaların mənə münasibəti də əla idi. Hər bir futbolçu alqışlanmağı xoşlayar".
Petkoviç yığmamızın müdafiə xəttini yarmağın onlara asan başa gəlmədiyini də etiraf edib: "Hədəf 3 xal qazanmaq idi və bunu bacardığımız üçün razı qalmalıyıq. Əgər heç-heçə ilə razılaşsaydıq, sona qədər rəqibi təziyiq altında saxlamazdıq. Onlar isə mümkün olduğu qədər zonaları bağlamağa və burdan xalla ayrılmağa çalışdılar".
Hücumçu sonda epizodların birində cərimə meydanı daxilində ona qarşı kobudluq edildiyini söyləyib: "Həmin epizodun təkrarına özünüz də baxın. Orda özümü yer atmadığımı görərsiniz. Rəqibin müdafiəçisinin mənə sərt müdaxiləsi var idi. Hakimə də bunu dedim".