"Qələbə ilə başlamaq çox önəmli idi". Matc.az saytının məlumatına görə, bu sözlər Xorvatiya yığmasının yarımmüdafiəçisi İvan Perişiçə məxsusdu.

AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu doğma azarkeşləri önündə Azərbaycan millisinə qarşı keçirən dünya çempionatının gümüş mükafatçısı çətinliklə də olsa, qələbə qazanmağa müvəffəq olub.

Qarşılaşmadan sonra yerli mətbuata açıqlamasında oyunu dəyərləndirən Perişiç qalibiyyətdə səbrli olmalarının böyük rol oynadığını söyləyib. Ulduz futbolçu yığmamız haqda da fikir bildirib: "Rəqib birinci hissədə "döyüşdü", çox yaxşı oynadı. Ancaq azərbaycanlı futbolçuların tükənəcəyini bilirdik. Bu üzdən də səbrli olmalı idik. Yekunda onların müdafiə xəttini yara bildik və layiqli qələbə qazandıq. Bu şəkildə də davam etmək lazımdı".

Qeyd edək ki, millimizi 2:1 hesabı ilə məğlub edən xorvatlar martın 24-də Budapeştdə Macarıstanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest