Xorvatiya mətbuatı AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Azərbaycan oyununu təhlil edib. Matc.az saytı xəbər verir ki, həmkarlarımız hər iki komandanın futbolçularına qiymət verib.

"Damalılar"ın heyətinə ən zəif kimi qapıçı Lovre Kaliniçi seçən yerli KİV sol cinah müdafiəçisi Borna Borişiçi ən yaxşı hesab edir. Luka Modriç və İvan Rakitiçin də qiyməti yüksək olub.

Xorvatların fikrincə, millimizin heyətində qarşılaşmanı ən yaxşı şəkildə keçirən futbolçu Eddi İsrafilov və Bədavi Heseynov olub. Onların çıxışı 7,3 xalla qiymətləndirilib. Yarımmüdafiəçi Mahir Mədətov isə 5,8 xalla ən zəif seçilib.

Qeyd edək ki, "Maksimir" stadionunda keçirilən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest