Azərbaycan millisi tarixi ərzində ilk dəfə 21 mart tarixində meydana çıxıb. Matc.az saytının məlumatına görə, komandamız Novruz bayramı gününə keçirdiyi ilk görüşündə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiyaya məğlub olub - 1:2.
Ancaq digər tərəfdən bu, yığmamızın mart ayında 33-cü oyunu olub. Bunun 16-da yoxlama görüşü üçün meydana çıxan komandamız dünən 17-ci dəfə martda seçmə mərhələ oyununu keçirib.
Bu ayın yığmamız üçün düşərli olduğunu demək olmaz. çünki həmin 17 qarşılaşmanın yalnız 4-də uduzmamışıq. İki dəfə qələbəyə sevinən millimiz 2 halda da rəqibindən 1 xal alıb.
13 yenilginin 7-də böyük hesab qeydə alınıb ki, onların arasında tarixi biabırçılıqlar da var. Belə ki, Portuqaliya yığmamız üzərində 7:0, Polşa 8:0 və 5:0, Uels isə 4:0 hesablı qələbəni martda əldə edib. Digər 3 qarşılaşmada isə 1:4 hesabı qeydə alınıb.
Mart ayındakı seçmə mərhələ oyunları
29 mart 1995. Koşitse. Aç. Slovakiya – Azərbaycan - 4:1
26 mart 1999. Gimaraynş. Aç. Portuqaliya – Azərbaycan - 7:0
31 mart 1999. Bakı. Aç. Azərbaycan – Rumıniya - 0:1
24 mart 2001. Bakı. Dç. Azərbaycan – Moldova - 0:0
28 mart 2001. Trnava. Dç. Slovakiya – Azərbaycan - 3:1
29 mart 2003. Kardiff. Aç. Uels - Azərbaycan - 4:0
26 mart 2005. Varşava. Dç. Polşa – Azərbaycan - 8:0
30 mart 2005. Nyukasl. Dç. İngiltərə – Azərbaycan - 2:0
24 mart 2007. Varşava. Aç. Polşa – Azərbaycan - 5:0
28 mart 2007. Bakı. Aç. Azərbaycan – Finlandiya - 1:0
28 mart 2009. Dç. Moskva. Rusiya - Azərbaycan - 2:0
29 mart 2011. Aç. Brüssel. Belçika - Azərbaycan - 4:1
22 mart. 2013. Dç Lüksemburq. Lüksemburq - Azərbaycan - 0:0
26 mart 2013. Dç. Bakı. Azərbaycan - Portuqaliya - 0:2
28 mart 2015. Aç. Bakı. Azərbaycan – Malta - 2:0
26 mart 2017. Dç. Bakı. Azərbaycan – Almaniya - 1:4
21 mart 2019. Aç. Zaqreb. Xorvstiya - Azərbaycan - 2:1