"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisinin heyətində növbəti oyununu keçirib. Matc.az saytının məlumatına görə, bolqarlar AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu Monteneqroya qarşı keçirib.

Sofiyada baş tutan görüşə ehtiyat oyunçular skamyasında başlayan Slavçev komandası 0:1 hesabı ilə geridə olarkən, 69-cu dəqiqədə meydana daxil olub.

82-ci dəqiqədə penalti qolu sayəsində məğlubiyyətdən qaçan Bolqarıstan ilk görüşündə rəqibi ilə bərabərə qalıb - 1:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest