Sabah çempionlar Liqasının final oyunu keçiriləcək. Matc.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klubları üz-üzə gələcək.

İndi hamını düşündürən bir sual var; kim qalib gələcək?

İngilislər bu titula sahib çıxmaq üçün rəqibindən hər cəhətdən üstün sayılırlar. "Siti" son üç ildə Premyer Liqa titulunu qazandı, "İnter" isə A Seriyasında dördüncü oldu. İngilislər son mərhələlərdə "Leypsiq", "Bavariya", Madrid "Real"ı, italyanlar "Porto", "Benfika" və "Milan"ı mübarizədən kənarlaşdırdı. Hazırda "Mançester Siti"nin dəyəri bir milyard avrodan çoxdur, Milan təmsilçisinin dəyəri isə 534 milyondur.

Het-trikə doğru

Ancaq rəqəmlər hər şey demək deyil, həmişə hər şeyi həll etmir. Əsas əhval-ruhiyyədir ki, onu da ölçmək çox çətindir. Lakin məhz bu oyunda "Siti"nin istəyi bir az da güclənəcək.

Bunun iki əsas səbəbi var. Birincisi, Qvardiolanın "Barselona"dan ayrıldıqdan sonra ilk dəfə böyük bir avrokubok qazanması və bunu  Messisiz edə bilməyəcəyi barədə zəhlətökən söhbətlərə son qoymaq üçün real şansı var. İkincisi, "Mançester Siti" tarixi nailiyyətə – kubok het-trikinə inanılmaz dərəcədə yaxındır. Böyük Britaniyada deyildiyi kimi, trebl əvvəllər yalnız bir ingilis klubuna məxsus idi – "Mançester Yunayted" 1999-cu ildə çempionlar Liqası, İngiltərə Kuboku və Premyer Liqanın qalibi olmuşdu. Odur ki, "qırmızı şeytanlar"ın azarkeşləri "İnter"i üçqat güclə alqışlayacaqlar – onlar həmişə "Siti"nin uduzmasını istəyirlər.

Qara və mavi şanslar

Milanlıları indidən dəfn etmək ən azı axmaqlıqdır. Düzdü, onların pley-offa gedən yolda, mübarizəni hələ qrup mərhələsində dayandıracağı proqnozlaşdırılırdı. Amma komanda "Bavariya", "Viktoriya" və "Barselona" ilə mübarizədən sonra qrup ikincisi oldu. "Qara-göylər" kataloniyalıları Avropa Liqasına yollayıb, özləri daha böyük kubok səyahətinə çıxdılar.

"İnter"in statusu bəllidir və bu, bir üstünlük ola bilər. "Qara-göylər"ə təzyiq yoxdur, əks-hücumların köməyi ilə oyunu sakit şəkildə quracaqlar və məqsədlərinə nail ola bilərlər. çexiya "Viktoriya"sı və bir neçə matçı çıxmaq şərtilə, bu mövsüm çempionlar Liqasının yalnız bir oyununda "İnter" topa sahib olmaqda rəqibinə qalib gəlib. Simone İnzagi topsuz oyun qurmağı və mütəşəkkil müdafiə qurmağı bilir.

18 il sonra

 "Mançester Siti" finalın aşkar favoritidir. çox şey buna işarə edir: komandanın fenomenal formasından tutmuş Erlinq Halandın rekordlarına qədər. Hətta mövsümün əsas döyüşü ərəfəsində baş məşqçilərin ritorikası da bir-birindən fərqli idi. Qvardiola finaldan az qala sıradan bir hadisə kimi danışdı - o, şübhəsiz ki, bunun artıq böyük nailiyyət olduğunu qeyd etdi, lakin bu barədə adi bir şəkildə danışdı. İnzagi isə əksinə, "yuxu" sözünü bir neçə dəfə təkrarladı.

Final İstanbulda, 2005-ci ildə İngiltərə və İtaliya komandalarının qarşılaşdığı Atatürk Stadionunda baş tutacaq. O vaxt "Milan" və "Liverpul" şedevr yaratmışdı. 0:3 hesabı ilə geridən olan britaniyalıların dramatik qələbə qazandığı oyun futbol tarixinin ən möhtəşəm matçlarından biri oldu. İndi "Mançester Siti" – "İnter" oyununun möhtəşəm olması üçün heç bir şərt yoxdur. Amma bunu proqnozlaşdırmaq olarmı?

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest