"Sadəcə, həmin matçdan birtəhər də olsa, qurtula bilmişdik. Ancaq bugünkü oyun bizim üçün yeni şok oldu. Bu cür davam etsək, böyük problemlər yaşayacağıq"

"Oyunumuzu dərhal düzəltməliyik. Əks təqdirdə, Avropa çempionatından kənarda qala bilərik ki, bu da fəlakət olar". Matc.az saytı xəbər verir ki, bunu Xorvatiya yığmasının kapitanı Luka Modriç deyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi üzərində minimalhesablı qələbəyə sevinən (2:1) dünya ikinciləri II turda Macarıstana məğlub olub - 1:2.

Yerli mətbuata açıqlamasında qarşılaşmanı dəyərləndirən ulduz futbolçu zəif çıxış etdiklərini etiraf edib: "Bu məğlubiyyəti gözləmirdik. Oyanmaq lazımdı. İlk xəbərdarlığı Azərbaycanla görüşdə almışdıq. Sadəcə, həmin matçdan birtəhər də olsa, qurtula bilmişdik. Ancaq bugünkü oyun bizim üçün yeni şok oldu. Bu cür davam etsək, böyük problemlər yaşayacağıq".

Modriç futbolçuların dünya çempionatında qazanılan uğurun eyforiyasından hələ də çıxa bilmədiklərini söyləyib: "Dünya çempionatını unutmaq lazımdı. Futbol belədi, qələbəni bayram etmək üçün çox vaxtın olmur. Tez-tez yeni oyunlar gəlir və bunun hamısı yolumuzda maneədi. İstənilən komanda problem yarada bilir. Azərbaycan və Macarıstana qarşı oyunla müqayisədə bundan sonra daha yaxşı oynamalıyıq. Daha sürətli oynamalı və çox hərəkət etməliyik. Bunlar sıx müdafiəni yarmaq üçün vacib olan şərtlərdi. Azərbaycanla oyunda bunu çətinliklə bacarsaq da, bu gün edə bilmədik. Meydanda sərgilədiyimiz oyun səviyyəmizə uyğun deyil".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest