"Yaxşı oynadıq, bir az da bəxtimiz gətirdi. Azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Slovakiyada şans tərəfimizdə deyildi. Ancaq bu dəfə bizdə alındı. Balaş Dzudzak çox gözəl çıxış etdi. O, bizim üçün vacib oyunçudu".

"Xorvatlar əsl centlmen kimi davrandılar və çempionluğa layiq olduqlarını göstərdilər". Matc.az saytı xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya yığmasını qəbul edən macarlar hesabda geri düşmələrinə baxmayaraq, meydanı qalibiyyətlə tərk ediblər - 2:1.

Matçdan sonra fikirlərini bölüşən Rossi bəxtlərinin gətirdiyini də etiraf edib: "Yaxşı oynadıq, bir az da bəxtimiz gətirdi. Azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Slovakiyada şans tərəfimizdə deyildi. Ancaq bu dəfə bizdə alındı. Balaş Dzudzak çox gözəl çıxış etdi. O, bizim üçün vacib oyunçudu. Noyabrdakı performansla müqayisədə bu gün daha yaxşı idi, ancaq fiziki cəhətdən bir qədər də "artırmalıdı". Xorvatiyaya qalib gəlmək əla nəticədi. Ancaq Azərbaycanı məğlub etməsək, bugünkü qələbənin bir önəmi olmayacaq. Bu, karyeramın ən böyük qələbəsi, pik nöqtəsidi. Bu uğur mənim və fanatlarındı. Əgər məni görmək istəmirsinizsə, fasilə götürə bilərəm. Ancaq hazırda öz işimi görürəm".

Qeyd edək ki, Macarıstan yığması növbəti oyununu iyunun 8-də millimizin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest